9 aylıq körpə ağır yanıq xəsarətləri aldı

9-ayliq-korpe-agir-yaniq-xesaretleri-aldi
Oxunma sayı: 1831

Tovuzda 9 aylıq körpə ağır yanıq xəsarəti alıb.

"Qafqazinfo"nun xəbərinə görə, rayonun Dönük Qırıqlı kənd sakini, 2021-ci il təvəllüdlü Adəm Ruhin oğlu Mehdiyev bədənin 3-cü dərəcəli yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Körpənin vəziyyəti ağır olduğundan Bakıya tibb müəssisəsinə gətirilib.

9 aylıq körpənin evdə nəzarətdən yayınaraq soba üzərində olan qaynar suyu üzərinə dağıtdığı bildirilir. 

Elmar Əli