“A seriyasının payızadək keçirilməsi mümkündür” - Qravina

a-seriyasinin-payizadek-kecirilmesi-mumkundur
Oxunma sayı: 1294

İtaliya A seriyasının oyunlarının pandemiya səbəbindən payızadək keçirilməsi mümkündür.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina bildirib:

“2019-2020 mövsüm oyunlarını bitirmək lazımdır. Çempionatın mümkün bərpası mayın 17-də də ola bilər. Ancaq A seriyasının oyunlarının sentyabr-oktyabradək keçirilməsi də mümkündür”.

Qeyd edək ki, İtaliyada koronavirus pandemiyasına yoluxanların sayı 128 mini keçib.