ABŞ bu maşınların idxalına 25 faiz rüsum qoydu

abs-bu-masinlarin-idxalina-25-faiz-rusum-qoydu
Oxunma sayı: 3955

ABŞ noyabrın 1-dən etibarən digər ölkələrdən idxal edilən orta və iri yükgötürmə qabiliyyətli yük maşınlarına 25% rüsum tətbiq edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşım edib.

Tramp daha əvvəl tariflərin oktyabrın 1-dən qüvvəyə minəcəyini bəyan etsə də, bu tarix təxirə salınıb.

Onun sözlərinə görə, bu addım ABŞ yük maşınları istehsalçıları "Peterbilt", "Kenworth", "Freightliner" və "Mack Trucks" şirkətlərini qorumaq üçün atılır.