ABŞ-da 2 milyon insan koronavirus testindən keçib

ABŞ-da 2 milyon insan koronavirus testindən keçib
Oxunma sayı: 377

ABŞ-da yeni tip koronavirusa görə testdən keçənlərin sayının 2 milyonu keçdiyi açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransı zamanı məlumat verib.

O, virusla mübarizədə əməyi keçən hər kəsə təşəkkür edərək “İndi nə baş verdiyini və harada dayandığımızı bilirsiniz. Ümid edirəm ki, çox yaxın zamanlarda ölkəmizin çarxları yenidən dönməyə başlayacaq” deyə bildirib.

Qeyd edək ki, ABŞ koronavirusa yoluxanların sayına görə dünya üzrə 1-ci yerdə qərarlaşıb. Ştatlar üzrə 468,566 nəfər koronavirusa yoluxub, 16,691 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi