ABŞ-da məktəbdə atışma - Ölən və yaralananlar var + Yenilənib

abs-da-mektebde-atisma
Oxunma sayı: 638

ABŞ-ın Kaliforniya ştatının San-Bernardino şəhərində yerləşən “North Park” ibtidai məktəbində atışma olub.

“Qafqazinfo” “Fox News”a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər xəsarət alıb.

Atışmadan sonra məktəb bağlanıb. 

Hadisənin baş vermə səbəbləri müəyyənləşdirilir.

***

“CNBS” xəbər verir ki, atışma nəticəsində 2 nəfər ölüb, 2 şagird yaralanıb.

Hadisəni törədən şəxs isə özünü öldürüb.