ABŞ-da peyvənd olunan uşaqlar üçün 100 dollar

abs-da-peyvend-olunan-usaqlar-ucun-100-dollar
Oxunma sayı: 1524

Koronavirus əleyhinə peyvənd olunan 5-11 yaş arası uşaqların 100 dollar almaq hüququ var.

“Qafqazinfo” xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Nyu-York şəhərinin meri Bill de Blazio özünün Tvitter səhifəsində yazıb.

“Şəhərin vaksinasiya mərkəzində koronavirusa qarşı peyvənd olunan 5-11 yaş arası uşaqlar 100 dolları məbləğində mükafat almaq hüququna malikdir”, - deyə Bill de Blazio bildirib.

Qeyd edək ki, hazırda Nyu-York əhalisinin 67,4 faizi koronavirus əleyhinə tam olaraq, 6,4 faizi qismən peyvənd edilib, 26,3 faizi isə vaksinasiyadan keçməyib.