ABŞ-dan Azərbaycan-Ermənistan dialoqu ilə bağlı - Açıqlama

abs-dan-azerbaycan-ermenistan-dialoqu-ile-bagli
Oxunma sayı: 2153

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Derek Hoqan və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Amanda Slout Minsk qrupunun həmsədrləri ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri - ABŞ-dan Endryu Şafer, Fransadan Stefan Viskonti və Rusiyadan İqor Xovayev iştirak ediblər.

Tərəflər keçən həftə BMT Baş Assambleyası çərçivəsində keçirilmiş Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin 2020-ci ilin noyabrından bəri baş tutan ilk birgə iclasından danışıblar.

Ceyhun Bayramov Mirzoyanla görüşdü

Hoqan və Sloat Azərbaycan və Ermənistanın birbaşa dialoq yolu ilə sülh prosesinə yenidən qayıtmaq əzmindən məmnunluqlarını ifadə ediblər.

“Sülh prosesini bərpa etməyə hazırıq” - Ermənistan XİN