ABŞ-də 7 bal gücündə zəlzələ - Yenilənib

abs-de-7-bal-gucunde-zelzele
Oxunma sayı: 4758

ABŞ-nin Kaliforniya ştatında 7 bal gücündə zəlzələ qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Birləşmiş Ştatların Geoloji Xidməti zəlzələnin Ferndaledən 100 km cənub-qərbdə, 10 km dərinlikdə olduğunu bildirib.

Onun ardınca daha kiçik afterşoklar baş verib.

ABŞ-nin Milli Sunami Mərkəzi sunami xəbərdarlığı edib.

***

ABŞ Milli Okean və Atmosfer İdarəsi tərəfindən Kaliforniyada sunami təhlükəsi ilə bağlı xəbərdarlıq ləğv olunub.