Nyu-Yorkda ABŞ Dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş keçirilməsi planlaşdırılır.
Bu barədə “Qafqazinfo”ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.
Görüşün sentyabrın 26-da baş tutacağı gözlənilir.