ABŞ Maduronun qohumlarına sanksiya tətbiq etdi

abs-maduronun-qohumlarina-sanksiya-tetbiq-etdi
Oxunma sayı: 64

ABŞ Prezidenti Donald Trampın administrasiyası Venesuela lideri Nikolas Maduronun 3 qardaşı oğluna və 6 şirkətə qarşı sanksiya tətbiq edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

“Maliyyə naziri Skott Bessent tərəfindən elan ediləcək yeni sanksiyalar Trampın administrasiyanın narkotik ticarəti ilə məşğul olan terror təşkilatını idarə etməkdə ittiham etdiyi Maduroya qarşı təzyiq kampaniyasının son mərhələsidir”, - materialda deyilir.