ABŞ növbəti dəfə rusiyalı diplomatlara viza verməkdən imtina etdi

abs-novbeti-defe-rusiyali-diplomatlara-viza-vermekden-imtina-etdi
Oxunma sayı: 851

Rusiyalı diplomatlar növbəti dəfə ABŞ vizası ala bilməyib. “Qafqazinfo”nun məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarova qeyd edib ki, bu səbəbdən Xarici İşlər Nazirliyinin nümayəndələri Kaliforniyaya “Fort-Ross Dialoqu”na gedə bilməyəcək.

Bununla bağlı nazirlik rəsmisi fikir verib ki, Amerika tərəfi viza verilməsini tez-tez ləngidir və Rusiya diplomatik nümayəndəliyinin əməkdaşlarına rədd cavabı verir.