ABŞ serialında Azərbaycana qarşı təxribat - Video

abs-serialinda-azerbaycana-qarsi-texribat
Oxunma sayı: 11222

Bu ilin yanvarından ABŞ-ın FOX telekanalında yayımlanan “The Cleaning Lady” (Xadimə) adlı serialın üçüncü bölümündə Azərbaycana qarşı təxribata yol verilib.

“Qafqazinfo” xəbər verir ki, sözügedən bölümdə iki erməni ailəsinin toyu nümayiş etdirilib. Baş rol ifaçılarından biri bunları deyib:

“Xalqımız bu qədər kədər və itkilər yaşayıb. Bizim harada olmağımızdan, hara getməyimizdən asılı olmayaraq, Ermənistan həmişə bizim evimiz olacaq. Buna görə də fəxrlə bildirirəm ki, torpağımızı Azərbaycandan geri almağımız üçün oğlum Tariki erməni ordusuna göndərirəm. Əminəm ki, biz hamımız onunla fəxr edəcəyik”.

Maraqlıdır ki, bu epizod Azərbaycanın “Vağzalı” və “Heyvagülü” mahnılarına bənzər melodiyarla müşayiət edilib.

Xəbəri rus dilində oxuyun: Хафиз Мамедов отпущен под домашний арест