İranda dəmir yolu körpüsü vuruldu, ölənlər var - Video - Yenilənib

iranda-demir-yolu-korpusu-vuruldu-olenler-var
Oxunma sayı: 2576

İsrail İran vətəndaşlarını bir neçə saat ərzində qatarlardan istifadə etməməyə çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin “X” sosial şəbəkəsində farsdilli hesabında təcili xəbərdarlıq paylaşılıb.  

“Təhlükəsizliyiniz naminə, bu andan etibarən yerli vaxtla saat 21:00-a qədər İranın hər yerində qatarla səfərlərdən və səyahətdən çəkinməyi xahiş edirik. Qatarlarda və ya dəmir yollarının yaxınlığında olmaq həyatınız üçün təhlükəlidir”, - paylaşımda deyilir. 

Bəyanatda xəbərdarlığın təfərrüatı açıqlanmasa da, bunun mümkün hücumlarla bağlı olduğu güman edilir. 

***

İranın Kaşan şəhərində dəmir yolu körpüsünə zərbələr endirilib.

ABŞ və İsrailin həyata keçirdiyi hücum nəticəsində azı iki nəfər həlak olub, daha üç nəfər yaralanıb. 

Bundan başqa, Qum ostanında yerləşən körpülərdən birinin də ABŞ və İsrailin hücumuna məruz qaldığı bildirilir. 

***

İranın Zəncan ostanında körpülərdən biri hava zərbələrinə məruz qalıb. Zərərçəkənlər olub-olmaması barədə məlumat verilməyib.

Bundan başqa, Qəzvin şəhərindəki dəmir yolu xəttinə də hücum edilib. 

Digər bir xəbərə görə, Rey şəhristanına hücum zamanı Mohimabad kəndi ərazisindən keçən dəmir yolu xəttinin bir hissəsini təşkil edən Sorx-Hesar çayı üzərindəki yeganə körpü dağıdılıb.