Administrasiyadan nazirlərə “Twitter” qadağası

administrasiyadan-nazirlere-twitter-qadagasi
Oxunma sayı: 668

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, qeyri-rəsmi şəkildə edilən qadağa ilk növbədə nazirlər, bölmə rəhbərləri, qubernatorlar üçün nəzərdə tutulub. Lakin Dövlət Dumasının deputatları və Federasiya Şurasının üzvləri sosial şəbəkələrdən istifadə edə bilərlər.

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bir müddət öncə bildirib ki, məmurların xidməti işlərdə “Twitter” və digər sosial şəbəkələrdən istifadəsi müxtəlif üsullarla tənzimlənməlidir.

Onun sözlərinə görə, istənilən dövlət adamının “Twitter”ə yerləşdirdiyi hər hansı bir informasiya artıq rəsmi çalar qazanmış olur. Bu, həm də digər sosial şəbəkələrə aiddir.