Xalq artisti Afaq Bəşirqızı ötən gün 70 illik yubileyini paytaxt restoranlarının birində təntənəli şəkildə qeyd edib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sənətçi və dostları instaqram hesabında paylaşım edib.
A.Bəşirqızının ad günündə ailə üzvləri, dostları və bir çox sənət adamı iştirak edib.
Qeyd edək ki, Xalq artistinin 70 yaşı avqustun 15-də tamam olub.
Xatırladaq ki, Prezident İlham Əliyev Afaq Bəşirqızını Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif etmişdi.






Son xəbərlər
Son Xəbərlər