AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

affa-millinin-bas-mesqcisi-ile-yollari-ayirdi
Oxunma sayı: 2366

AFFA  21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviçlə yolları ayırıb.

“Qafqazinfo”  AFFA-nın saytına istinadən xəbər verir ki, onun  müqavilə müddəti başa çatdığı bildirilib Mütəxəssislə müqaviləni yeniləməyən Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Milan Obradoviçə U-21 milli komandasında fəaliyyətinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Azərbaycan U-21 milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı əlavə məlumat veriləcəyi vurğulanıb.