Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar

agacekme-aksiyasi-ve-baliq-buraxilisi-tedbiri-kecirilib
Oxunma sayı: 1247

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və yerli qurumların nümayəndələrinin iştirakı ilə Şəmkir rayonu ərazisində balıq buraxılışı həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, ekosistemin bərpasına, su hövzələrinin zənginləşdirilməsinə, balıq populyasiyasının artırılmasına töhfə vermək məqsədilə Yenikənd və Şəmkir su anbarlarına ümumilikdə 200 000 ədəd çəkikimi balıq körpəsi buraxılaraq növbəti dəfə onların təbii artımına, bərpasına dəstək göstərilib.

Tədbirin davamı olaraq yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümü münasibətilə Nazirliyin iştirakı ilə Şəmkir və Samux rayonları ərazisində ağacəkmə aksiyaları təşkil olunub, bölgənin torpaq-iqlim şəraitinə uyğun müxtəlif cinsli ağaclar əkilib.