Ağdam 27 il işğal altında qaldıqdan sonra - Video

Ağdam 27 il işğal altında qaldıqdan sonra
Oxunma sayı:

“Ağdam urbisidin (şəhərlərə qarşı soyqırımın) canlı təsviri və etirafıdır”.

“Qafqazinfo” bildirir ki, bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter səhifəsində yazıb.

“Şəhərlərin soyqırımı. Ermənistan 28 il ərzində Ağdamda həqiqi urbisid həyata keçirib”, - deyə Hacıyev əlavə edib.

O, paylaşımına "Cinex Productions"un 27 il erməni işğalından sonra Azərbaycanın Ağdam rayonundan hazırladığı videogörüntüləri əlavə edib.