Ağdam Cümə məscidi 2018-ci ildə... - Video

agdam-cume-mescidi-2018-ci-ilde
Oxunma sayı: 3362

Ağdamdakı Cümə məscidinin 2018-ci ildə çəkilmiş görüntüləri yayımlanıb.

“Qafqazinfo” xəbər verir ki, görüntüləri Azərbaycanın Los-Ancelesdəki Baş konsulu Nəsimi Ağayev tvitter hesabında paylaşıb.

Baş konsul qeyd edib ki, tarixi məscid erməni işğalı illərində donuz tövləsi kimi istifadə olunub.

Qeyd edək ki, Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir.

Ermənilər tərəfindən dağıntılara məruz qalan Ağdam məscidinin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb.