Ağdamda növbəti səyyar qəbul keçirildi - Fotolar

agdamda-novbeti-seyyar-qebul-kecirildi
Oxunma sayı: 1234

Bu gün Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun rayonun Sarıçoban kəndində səyyar qəbul-görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdən əvvəl RİH başçısı Birinci Qarabağ müharibəsi şəhidi Bayramov Şəmsi Talış oğlunun xatirəsinə inşa edilmiş abidə-bulaq kompleksini ziyarət edib, önünə gül dəstələri düzüb.

Səyyar görüşdə əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Prezident İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olacağını bildirib.

Vaqif Həsənov qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər vacib məsələlərin həlli üçün isə müəyyən tapşırıqlar verərək həlli prosesini nəzarətə götürüb.