Ağdaşda 24 yaşlı gənc bıçaqlandı

agdasda-24-yasli-genc-bicaqlandi
Oxunma sayı: 1429

Ağdaşda bıçaqlanma hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə şəhərin K.Kərimov küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakini 1998-ci il təvəllüdlü Xəlilov Vüsal Əfqan oğlu həmyerlisi 1996-cı il təvəllüdlü Əhmədxanlı Həsənxan Varis oğluna, aralarında yaranmış mübahisə zamanı 4 bıçaq zərbəsi vurub.

Yaralanan gənc ətrafda olan insanların köməliyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli