Ağdaşda bu ilin ilk Aqrar İnnovasiya Festivalı keçirildi - Fotolar

agdasda-bu-ilin-ilk-aqrar-innovasiya-festivali-kecirildi
Oxunma sayı: 1978

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Ağdaş rayonunda bu ilin ilk Aqrar İnnovasiya Festivalı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Ağdaş Yem Fabriki”nin ərazisində keçirilən festivalda Mərkəzi Aran iqtisadi rayonunun və ətraf bölgələrin fermerləri iştirak ediblər.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Rafail Quliyev, Ağdaş və ətraf rayonların icra hakimiyyətlərinin rəsmiləri regionlarda təşkil edilən belə festivalların əhəmiyyəti barədə danışıblar. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov “Agroinnofest” layihəsinin təqdimatı ilə çıxış edib, festival barədə ətraflı məlumat verib.

Festivalda Kənd Təsərrüfatı Nazirliyinin 10-dan çox tabeli qurumu, eləcə də 50-dən çox yerli və xarici şirkət iştirak edib. Festivalda kənd təsərrüfatı təyinatlı müxtəlif pilotsuz uçuş aparatları, innovativ suvarma texnologiyaları, alternativ enerji mənbələri, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, müasir texnologiyalar əsasında əldə olunmuş əkin materialları, bitki mühafizə vasitələri, yeni üsullar ilə yetişdirilmiş meyvə və tərəvəz nümunələri, yüksək qidalılıq göstəricilərinə malik yem bitkiləri eləcə də bitki toxumu nümunələrinin nümayişi həyata keçirilib.

Festivalda heyvandarlıq sahəsinə aid innovativ yeniliklər də sərgilənib.