Ağdaşda iki yük maşını toqquşdu - Ölənlər var

agdasda-iki-yuk-masini-toqqusdu
Oxunma sayı: 2094

Ağdaşda iki yük maşını toqquşub.

“Qafqazinfo”nun xəbərinə görə, yol-nəqliyyat hadisəsi bu gün saat 06 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan “Kamaz” və “Qazel” markalı yük avtomobilləri toqquşub.

Nəticədə “Qazel”in sürücüsü, 30 yaşlı Eldar Tağıyev və sərnişini - 38 yaşlı Rauf Hacıyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Ziya Əmirxanlı