Ağdərədəki qəzada azərbaycanlı olub? - Fotolar

agderedeki-qezada-azerbaycanli-olub
Oxunma sayı: 4534

Ağdərə ərazisində yük avtomobili və taksinin iştirakı ilə qəza qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Qeyd olunur ki, taksini bir erməni idarə edirmiş.

Məlumata görə, qəza yol dar olduğuna görə baş verib, nəticədə taksi dərəyə yuvarlanıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Erməni mediası yük avtomobilinin sükanı arxasında azərbaycanlının olduğuna dair iddia irəli sürsə də, bununla bağlı hər hansı tutarlı fakt ortaya qoymayıb.