Ağstafada avtomobil aşıb - 5 yaralı var-Yenilənib

agstafada-avtomobil-asib
Oxunma sayı: 921

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayon ərazisində idarəetmədən çıxan avtomobil yol kənarına aşıb.

Nəticədə 5 nəfər - 1988-ci il təvəllüdlü Ə.Məmmədova, 1984-cü il təvəllüdlü G.Qarayeva, 1983-cü il təvəllüdlü N.Muğanova, 1988-ci il təvəllüdlü L.Cəlilova və 1984-cü il təvəllüdlü R.Əliyev müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev 

***

Hadisə ilə bağlı Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) açıqlama yayıb.

Bildirilib ki, hadisə noyabrın 12-də saat 23:00 radələrində Ağstafa rayonu ərazisində qeydə alınıb: “Rayon sakini Rəhman Əliyevin idarə etdiyi “Ford” markalı, 77-VP-715 dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində nəqliyyat vasitəsində sərnişin qismində olan 4 nəfər qadın xəstəxanaya müraciət edib. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxşdir. Faktla bağlı araşdırma aparılır”.