Aİ Ermənistandakı proseslərlə bağlı bəyanat yaydı

ai-ermenistandaki-proseslerle-bagli-beyanat-yaydi
Oxunma sayı: 2183

Avropa İttifaqı Ermənistanda tərəfləri sakitliyə çağırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozef Borrelin ofisindən verilən açıqlamada Ermənistandakı proseslərin yaxından izlənildiyi bildirilib.

“Siyasi müxtəlifliklər sülhpərvər və parlamentar demokratiya prinsiplərinə sadiq qalaraq çözülməlidir. Ermənistan konstitusiyasına görə, silahlı qüvvələr siyasi məsələlərdə tərəfsizliyini qorumalıdır.

Ölkədə demokratiyanın və konstitusiya quruluşunun qorunması vacibdir. Ermənistandakı bütün tərəflər gərginliyi artıracaq davranışlardan çəkinməlidir”, - Aİ-nin bəyanatında deyilir.