“Aİ-nin Ermənistandakı müşahidəçiləri regiona geosiyasi qarşıdurma gətirə bilər” - Rusiya XİN

ai-nin-ermenistandaki-musahidecileri-regiona-geosiyasi-qarsidurma-getire-biler
Oxunma sayı: 2035

“Ermənistanın sərhədyanı ərazilərində Avropa İttifaqının nümayəndələrinin peyda olması regiona geosiyasi qarşıdurma gətirə bilər”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Avropa İttifaqının müşahidə missiyasının Ermənistana göndərilməsi ilə bağlı məsələyə şərhində bildirilib.

“Aİ-nin nəyin bahasına olursa olsun, Ermənistanda möhkəmlənməyə dair cəhdləri erməni və azərbaycanlıların təməl maraqlarına zərər vura bilər”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Aİ Ermənistana 2 il müddətinə müşahidə missiyasının göndərilməsi barədə qərar qəbul edib. Missiyanın öz fəaliyyətinə fevralın 20-si başlayacağı gözlənilir.