Aİ nümayəndə heyəti Cənubi Qafqaza səfər edəcək

ai-numayende-heyeti-cenubi-qafqaza-sefer-edecek
Oxunma sayı: 815

Avropa İttifaqı Şurasının Təhlükəsizlik və Siyasi Məsələlər Komitəsinin üzvləri bu gün Ermənistana rəsmi səfər edəcəklər. 

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, komitə üzvlərinin İrəvana səfəri 2 gün davam edəcək. 

Görüşlər zamanı Ermənistandakı vəziyyət, eləcə də Azərbaycanla danışıqlar prosesinin müzakirə ediləcəyi planlaşdırılır. 

Nümayəndə heyətinin İrəvandan Tbilisiyə, oradan isə Bakıya səfər edəcəyi gözlənilir.