Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı növbəti – 20-ci sanksiya paketini fevralın 24-də, Ukraynadakı müharibənin dördüncü ildönümündə qəbul etməyə hazırlaşır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə keçirdiyi mətbuat konfransında məlumat verib.
Kallas qeyd edib ki, 20-ci sanksiya paketi üzərində iş artıq yekunlaşmaq üzrədir və qurum fevralın 24-də bu məhdudiyyətləri rəsmən elan etməyi hədəfləyir:
“Sanksiyalar paketinin məzmunu ilə bağlı hələlik tam yekdil razılıq əldə olunmasa da, işlər intensiv şəkildə davam etdirilir”.
Xatırladaq ki, hazırda üzv ölkələr müxtəlif sərt təkliflər üzərində müzakirələri davam etdirirlər. Yeni paketdə xüsusilə Rusiya neftini daşıyan “kölgə donanması”na qarşı mübarizənin gücləndirilməsi, gəmilərə tam dəniz xidməti qadağasının qoyulması, həmçinin enerji və gübrə idxalı ilə bağlı əlavə məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur.
Son xəbərlər
Son Xəbərlər