“Aksesuar İnşaat” da Silahlı Qüvvələr yardım etdi

aksesuar-insaat-da-silahli-quvveler-yardim-etdi
Oxunma sayı: 2971

“Aksesuar İnşaat”  şirkəti dövlətimizin bütövlüyü uğrunda döyüşən Azərbaycan Ordusuna dəstək üçün Azərbaycanın Silahlı Qüvvələrinin Yardım Fonduna 10 min manat vəsait köçürüb.

Şirkətdən “Qafqazinfo” ya bildirib ki, işğal altında olan tarixi torpaqlarımızın azadlığı uğrunda gedən qızğın döyüşlərdə ordumuza maddi və mənəvi dəstəyini əsirgəməyəcək. 

Xatırladaq ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun məqsədi silahlı qüvvələrimizin müasir tələblərə uyğun inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə, hərbi qulluqçuların sosial müdafiəsinin təşkilinə köməkdir.