Dövlət Akademik Milli Dram Teatrının aktyoru Hikmət Rəhimov işdən çıxarılıb.
“Qafqazinfo”nun Ölkə.Az-a istinadən məlumatına görə, Rəhimov bir müddət öncə rejissor köməkçisi Vüqar Məmmədovu döydüyü üçün rəhbərlik bu qərarı verib.
Qeyd edək ki, sözügedən hadisə oktyabrın 1-də baş vermişdi.
Xatırladaq ki, V.Məmmədov əfsanəvi xalq artisti Mehdi Məmmədovun oğludur.

Son xəbərlər
Son Xəbərlər