“Alibaba” 2,79 milyard dollar cərimələndi

alibaba-279-milyard-dollar-cerimelendi
Oxunma sayı: 2989

Çinin ən böyük elektron ticarət şirkəti olan “Alibaba Group” 18,22 milyard yuan (təxminən 2,79 milyard dollar) cərimələnib.

“Qafqazinfo” xəbər verir ki, cərimə Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyası tərəfindən tətbiq edilib və şirkətdən bütün inhisar təcrübəsini dayandırmağı tələb edib.

Administrasiya ötən ilin dekabrında Çinin antiinhisar qanununa uyğun olaraq təhqiqat aparıb və toplanmış dəlillər əsasında şirkətin pərakəndə elektron ticarət bazarında inhisarçılığa yol verdiyi təsdiqlənib. 

Təhqiqat zamanı “Alibaba”nın məxsusi işgüzar sövdələşmələri üzrə hərəkətlərinin Çinin elektron ticarət bazarında rəqabətə, xidmətlərin və resursların sərbəst axınına mane olduğu, həmçinin platformada satıcıların və istehlakçıların qanuni hüquq və maraqlarını pozduğu təsdiqlənib.