Alman nazirin əri uşaqlara baxmaq üçün işdən çıxıb

alman-nazirin-eri-usaqlara-baxmaq-ucun-isden-cixib
Oxunma sayı: 2306

Almaniyanın xarici işlər naziri Annalena Berbokun həyat yoldaşı Daniel Holeflyayş həyat yoldaşının siyasi karyerası və uşaqlarına baxması üçün “Deutsche Post” konsernini tərk edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə çərşənbə axşamı “Bunte” jurnalı məlumat yayıb.

Nəşr 48 yaşlı Holeflyayşın 2021-ci ilin iyul ayından etibarən artıq “Deutsche Post DHL Group”da işləmədiyini yazıb.

Sentyabrın 26-da keçirilən Bundestaq seçkilərindən əvvəl 41 yaşlı Berbok hökumətin üzvü olacağı təqdirdə ərinin işləməyə davam edə bilməyəcəyini demişdi.

Qeyd edək ki, cütlük 2007-ci ildə ailə qurub və onların 6 və 11 yaşlarında iki qızı var.