Almaniyada Avropa çempionu güllələnərək öldürüldü

almaniyada-avropa-cempionu-gullelenerek-olduruldu
Oxunma sayı: 2896

Almaniyanın boks üzrə Avropa çempionu Besar Nimani güllələnərək öldürülüb.

“Qafqazinfo” “Der Spiegel” nəşrinə istinadən xəbər verir ki, sabiq boksçu evinə getdiyi zaman silahlı toqquşma nəticəsində ölüb.

Polis araşdırmalara başlasa da, hələ ki, heç bir şübhəli saxlanılmayıb.

Qeyd edək ki, 38 yaşlı Nimani 2013-cü ildə də silahlı hücuma məruz qalmışdı.