Almaniyada daşqın qurbanlarının sayı artdı

almaniyada-dasqin-qurbanlarinin-sayi-artdi
Oxunma sayı: 1528

Almaniyada daşqın qurbanlarının sayı 58 nəfərə çatıb.

“Qafqazinfo” N24-ə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. Onlarla şəxsin axtarışları davam etdirilir. Yolların dağılması və körpülərin uçması səbəbindən bəzi yaşayış məntəqələrinə giriş mümkünsüzdür.

Şimali Ren-Vestfaliyanın beş bölgəsində, bəndin uçması təhlükəsi ilə əlaqədar olaraq əhalinin evakuasiyası davam edir.