Almaniyada türkiyəli vəkilə qarşı linç kampaniyası aparılır

almaniyada-turkiyeli-vekile-qarsi-linc-kampaniyasi-aparilir
Oxunma sayı: 1284

Almaniyada parlament sədrliyinə namizəd olaraq adı hallanan türkiyəli qadın vəkil Aydan Özoğuza qarşı sosial mediada linç kampaniyası başladılıb.

“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, kampaniya əsas olaraq irqçi “Almaniya üçün alternativ” (AfD) partiyasının tərəfdarları tərəfindən həyata keçirilir. Bildirilir ki, radikal sağçı partiyanın tərəfdarları tviter sosial şəbəkəsində Özoğuzun ünvanına təhqir və təhdidlər yağdırırlar.

Türkiyəli vəkilin parlament sədrliyinə adının hallanması barədə ilk olaraq “Der Tagesspiegel” qəzeti məlumat yayıb. Bunun ardınca isə Özoğuzun ünvanına təhqirlər səsləndirilib.

Sözügedən partiya tərəfdarlarının paylaşımları sırasında “Bizi silahlı mübarizəyə məcbur edirlər”, “Bunu tualet təmizlikçisi belə olaraq işlətmərəm”, “Anadolulu səhra çiçəyi hələ ortalıqdadı?” kimi ifadələrə rast gəlinir.

Qeyd etmək lazımdır ki, Aydan Özoğuz daha əvvəllər də “AfD” üzvlərinin hədəfinə çevrilib. Belə ki, Özoğuz 2017 -ci ildə “Alman qabaqcıl mədəniyyəti” tələblərini tənqid etdiyi üçün AfD-nin yüksək vəzifəli rəhbərləri tərəfindən təhdid edilmişdi.

“AfD” partiyasının keçmiş baş direktoru Aleksandr Qauland 2017-ci ildə Eischfeld bölgəsində qatıldığı bir seçki kampaniyasında Aydan Özoğuzun adını çəkmədən belə demişdi: “Onu Eichsfeldə dəvət edin və sonra ona alman mədəniyyətinin xüsusilə nə olduğunu izah edin. O, bundan sonra bir daha buraya gəlməyəcək və Allaha şükür ki, onu Anadoluda məhv edəcəyik”.