Altı ay öncə etdiyi oğurluğa görə həbs edildi

alti-ay-once-etdiyi-ogurluga-gore-hebs-edildi
Oxunma sayı: 925

Bakıda 6 ay əvvəl qadına qarşı cinayət törədən şəxs saxlanılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Şəhər BPİ Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində 2019-cu il iyulun 3-də Xətai rayonu, Telnov küçəsində yerləşən mağazaların birində vətəndaş Y.Muştiyevanın əl çantasından maaş kartı və dəyəri bilinməyən qızıl qolbağını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Vüqar Əliyev müəyyən olunaraq tutulub.

V.Əliyev əvvəllər oğurluq və narkotik vasitələrin daşınmasına görə məhkum olunub.

Murad Əhməd