Kitabda əfsanəvi kəşfiyyatçı, dəstə komandiri baş leytenant Alyoşa Sadıqovun keçdiyi şərəfli döyüş yolundan bəhs olunur:
***
...Zöhrə pəncərənin önündən çölə baxmağa başladı. Quşbaşı qar yağırdı. Bütün ağacların budaqları qarla örtülmüşdü. Hər tərəf ağ örpəyə bürünmüşdü. Çox gözəl mənzərəydi. Ara-sıra eşidilən atəş səsləri olmasaydı, Zöhrə də, balaca uşaqlar kimi düşüb qartopu oynayardı. Ancaq müharibəydi. Ermənilər hər dəlmə-deşikdən Xocalını atəşə tuturdular. Ona görə uşaqları da qoymurdular həyətə.
Bu vaxt Zöhrə gördü ki, ağ atın üstündə silahlı bir nəfər keçdi. Tez ərini çağırdı.
-Ora bax, ora bax, Muğan! O kimdir?
-Aa.. Bu ki Alyoşadır!
-Alyoşa kimdir? Rusdur?
-Yox, əsl azərbaycanlıdır. Tovuzun Qovlar qəsəbəsindəndir. Bizə köməyə gəlib. Çox igid oğlandır. Ermənilərə qan uddurur.
-Deyəsən, bu ağ atlı oğlanı Allah göndərib bizə, ay Muğan!
-Hə, elədi, arvad. Özü xocalılı olmasa da, Xocalını bizlərdıən yaxşı qoruyur. Alllah belə cavanlarımıza kömək olsun!
Cəmi bir neçə gün sonra o dəhşətli Xocalı faciəsi zamanı Alyoşa Zöhrə və Muğanı, onların üç uşağını meşədən xilas edəcəkdi. İllər keçəndən sonra Zöhrə də, əri də öz övladlarına bu qəhrəman ağ atlı oğlan haqqında çox həqiqətləri anladacaqdılar.
Hələlik tarixin əqrəbi 1992-ci ilin fevral ayının üstündədir. Tarixdə görünməyən amansızlıqla yaddaşlarda qalan Xocalı qətliamına sayılı günlər qalıb. Amma gəlin tarixin əqrəbini bir qədər geri-1991-ci ilin dekabrına aparaq. Həmin ərəfədə Xocalı demək olar ki, mühasirədə idi. Xocalıya heç kəs gələ bilmirdi.
Çox soyuq, şaxtalı bir gün idi. Yollar buz bağlamışdı. Rayon prokururoru Atakişiyevlə Xocalının İcra başçısı Elman Məmmədov soyuq kabinetdə oturub vəziyyət barədə söhbət edirdilər. Bu vaxt köməkçi içəri girdi.
- Elman müəllim, Alyoşa gəlb, tovuzlu İntiqam Əlimanovla birlikdə.
-Nə yaxşı. Çağır gəlsin.
Alyoşa və İntiqam içəri daxil oldular.
-Tam zamanında gəldin, Alyoşa. Əyləş. Biz də Xocalının vəziyyətini müzakirə edirdik. Danış görüm, necə gəlib çıxdınız buraya? Heç hökumət nümayəndələri gələ bilmir Xocalıya...
-Qorxan gözə çöp düşər, qağa!-Alyoşa dedi.
Elman müəllim Alyoşanın eyhamı haraya vurduğunu çox gözəl blirirdi. Xocalı dardaydı, amma Bakıdan kömək yox idi. Hər an ermənilər kəndə hücuim edə biulərdilər.
-Biz tərəfdən nə kömək lazımdır?-soruşdu Alyoşa.
-Kömək lazımdır. Qulaq as, Alyoşa. Sənin Bakıda da hörmətin böyükdür. Məsləhət görürük ki, gedəsən Bakıya, vəziyyəti bildirəsən yuxarıya. Bizə silah-sursat, canlı qüvvə göndərsinlər. Yoxsa Xocalı əldən gedəcək!
-Gedərəm, Elman müəllim! Cannan-başnan.
Sabahı günü Alyoşa məsələni yuxarıya, rəhbərliyə çatdırma üçün Bakıya getdi. Müxtəlif yerlərə müraciət etdi. Çətinliklə yüksək çinli bir məmurun qəbuluna düşə bildi.
-Xocalı təhlükədədir. Oraya silah və canlı qüvvə lazımdır!
-Çox şişirtməyin, canım. Nə var ki burda? Narahat olmaq lazım deyil! Rus ordusu bizi qoruyur. Onlar buna yol verməzlər.
-Biz işin içindəyik, yoldaş! Elə sizin dediyiniz rus ordusudur da erməniyə kömək edən. Yoxsa erməni nə karədir ki... Bir də ki, 90-cı il Yanvar qırğınını nə tez yaddan çıxartdınız? Şəhidlərimizin qanı hələ qurumayıb ey!
-Bura bax, cavan oğlan, millətlətlər arasına nifaq salıb provakasiya ilə məşğul olma. Yoxsa başın ağrıyar.
-Sözün düzün demək nə vaxtdan provakasiya olub, tovariş? Deyirəm sizə ki, Xocalı təhlükədədir!
-İndi neyləyək? Gedək qışın bu çağında xocalılara keşik çəkək? Bir də ki, Xocalının qeyrətini çəkmək sənə qalıb? Yeri get, işinlə məşğul ol. Heç bir təhlükə-zad yoxdur.
-Sizdə qeyrətdən başqa hər şey var!- Alyoşa ona əyri-əiri baxıb hirslə dedi məmura. Məmur bir istədi zəngi basıb onu damlatdırsın, amma nə düşündüsə, fikrindən daşındı.
-Təcili otağı tərk et! Buna bax bir, vətənpərvər olub…
Gerisini eşitməmək üçün tez çölə çıxdı. Onu ağlamaq tutdu. Bir çoxları kimi qarşıdan gələn təhlükəni apaydın görürdü Alyoşa Sadıqov.
Gözlənilən hadisə baş verdi. 1992-ci il. 26 fevral. Gecə saatlarında güclü silahlanmış ermənilər 366-cı alayın yardımı ilə Xocalıya hücum etdilər. Camaatın səsi, qıy-qışqırığı kəndi bürümüşdü. Əhali bir dəst əyin-başla çölə axışdı. Avtomat silahlardan açılan atəş onları yerə sərdi. O gecə tarix özünün ən dəhşətli anlarını yaşayırdı. Həmin gün təbiət də qan ağlayırdı. Soyuq, şaxta qılınc kimi kəsiridi. Quduzlaşmış ermənilər körpələrə, qocalara rəhm etmədən öldürürdülər. Gənc qızları, qadınları, cavan oğlanları zorla dartıb maşınlara doldururdular. Heç belə müsibət görünməmişdi. Onlar faşistdən də betər idilər. Dünya bir cəhənnəmə dönmüşdü. 16-17 yaşında yeniyetmə bir qız anasını çağırır, həyəcanla ora-bura qaçırdı. İki erməni silahlısı onun ağzını əlləri ilə tutdular.
-Çığırma, düş qabağıma! Türk qancığı! Bu saat sənin başına elə bir oyun açaram ki, adın da yadından çıxar.
-Ara, uşağı incitmə! Onsuz da çox incidəcəyik. Ha-ha-ha!
Qızı lüt soyundurub zorla, çığıra-çığıra UAZ maşınına basdılar. Qapını örtdülər. Ora-bura həyəcanla qaçan yerdə qalan əliyalın insanlara atəş açdılar. Əhali üzü üstə qarın üstünə yıxılırdı. Gecənin qaranlığında ağappaq qarın üzərində insanların qıpqırmızı isti qanları buxarlanırdı…
Ermənilər izi itirmək üçün cəsədləri Xocalıdan aralı bir dərəyə sürüklədilər. Sağ qalan əhali pərən-pərən düşdü. Meşələrə, dağlara üz tutdu. Hara getdiklərini özləri də bilmirdilər. Elə bir vəziyyətdə idilər ki, bir çıxış yolu axtarırdılar. Gecənin bir aləmi evindən, isti ocağından didərgin düşmüş bu zavallı qaçqınlar qaranlıqda bir xeyli yol gedib açıq sahəyə çıxdılar. Sən demə bura ermənilərin məskəni imiş. Gülləni dolu kimi camaatın üzərinə yağdırdılar. Yenə də ölənlər, yaralananılar oldu. Sağ qalanlar yaralıları darta-darta yenidən qaranlığa qarışıb yox oldular. Meşəyə tərəf üz tutdular. Soyuqdan dona-dona bir-birinə sığınıb sabahın açılmasını gözlədilər. Sabah açıldı. Dəhşətli bir sabah. Ermənilərin bu amansız hərəkətindən dünya hələ ki xəbərsizdi.
Əhali üç gündü ki, meşədəydi. Aclıq, susuzluq onları taqətdən salmışdı. Yaralılar, qocalar və körpə uşaqlar soyuqdan donurdular. Cavan bir gəlinin qucağındakı çağa aclıqdan kirimirdi. Ananın döşündə süd də çəkilmişdi. Çağanın başını aldatmaq üçün döşünü uşağın ağzına salır, çağa isə heç nə gəlmədiyini görüb daha da bərkdən çığırırdı.
-Sus! Kiri, bala! Ermənilər bu dəqiqə gələcək-deyə çağanın qulağına pıçıldayırdı ana. Sanki çağa hər şeyi başa düşəcəkdi. Çağa daha da bərkdən ağlamağa başladı. Bu vaxt meşədən səs eşidildi. Ana əlləri ilə çağanın ağzını bərk-bərk tutub sinəsinə çəkdi. Bir neçə dəqiqə keçdi. Çağa daha ağlamırdı. “Ay mənim ağılı balam!”-ana ürəyində düşündü. Başa düşüb ki, düşmən gələ bilər…”. Ana zəndlə ciyərparasının üzünə baxdı. Birdən dəhşətə gəldi; çağa hərəkətsizdi.
-Ay Allah, mən nə etdim? –Ananın səsi meşədə əks-səda verdi.-Uşağımı öldürdüm! Allah szə qənim olsun, əclaf ermənilər!
Cavan gəlin höhkürtü ilə ağlamağa başladı. Hamı donub qalmışdı. Artıq heç nə vecinə deyildi ananın. Ciyərparası ölmüşdü.
–Ay Allah! Bu nə işdi, başıma gəldi? İndi mən neynəyəcəm?
-Sus! Ay Güllər, qızım, sakit ol. Qurban olum!-dedi Həmayil xala.- Bu Allahsızlar indi gəlib bizi tutarlar.
-Ay Həmayil xala, balam gedib ey... Gözümün işığı. Mən elədim. Allah məni öldürsün!-Dişləri ilə dodaqlarını elə sıxdı ki, qan çənəsindən üzüaşağı axmağa başladı. Gəlin çağasına baxıb birdən gülməyə başladı. Deyəsən ağlını itirirdi.
-Ana, ana, niyə gülürsən?-yanıyca gedən dörd yaşlı qızı Məleykə deyirdi.
-Qaqaşın gör nə qəşəng yatıb ey, qızım!
Hamı ürək ağrısı ilə bu mənzərəni seyr edirdi. “Vay, yazıq!!-düşünürdü camaat. “Allah bu qansızların evini yıxsın”.
Ahıl yaşlı Səriyyə xala daha yeriyə bilmirdi. Dala qalırdı. Qoca qadın qəflətən qarın üzərinə yıxıldı. Onu ayğa qaldırmaq istəyəndə bu vaxt kolların arasından xışıltı eşidildi. Camatın damarlarında qanı dondu. İndi ermənilər gəlib onları tutacaqlar, əsir götürəcəkdilər.! Kişilər cibində olan bıçağa əl atdılar. Son nəfəslərinə qədər vuruşacaqdılkar, amma düşmən əlinə verməyəcəıkdilər qadınları, qızları. Nəfəs belə çəkmirdilər.
-Qoxmayın, mənəm!-kimsə pıçıltı ilə dedi.
-Ah, Alyoşa, oğlum, sənsən-Muğan kişi sevincindən ağladı.
-Mənəm, mənəm, narahat olmayın.
Hamı sevincindən ağlıyır, onu-göydən düşmüş bu xilaskarı qucaqlayırdı.
-Qorxmayın. Sizi çıxaracam burdan.
Alyoşa qarın içində huşsuz vəziyyətdə uzanıb qalmış Səriyyə xalanı qucağına aldı.
–Allah köməyin olsun, bala!-Səriyyə xala zarıdı.
-Sağ ol, ay bala! Allah səni darda qoymasın-Həmayil xala ağlayırdı.
-Darıxmayın, ana, dar günün bir gen günü də var-dedi Alyoşa.
-Allah sənin kimi cavanlarımıza dəyməsin, -dedi Tahir.
-Borcumuzdur, eləməliyik! Sakit olun, indi mənim dediyimə qulaq asın. Mən buraları qarış-qarış tanıyıram. Bütün yolları bilirəm. Sizi burdan xilas edəcəm. Ancaq səbrli olun!
-Sən gəlmisən, daha qorxumuz yoxdu, bala!
-Ay Allah, şükür sənə!-camaat əl açıb Tanrıya şükür edirdi. Onların xilaskarı gəlmişdi. Allah göndərmişdi onu. Alyoşanı hamısı tanıyırdı. Bilirdilər ki, daha erməni əlinə düşməyəcəklər. Alyoşa ölər, buna yol verməz. Yola düzəldilər. Alyoşa özü bildiyi yollarla aparırdı camaatı.
-Hələ çox yol getməliyik. Ancar çox çətin olacaq sizin üçün.
-Hər çətinliyə dözməyə razıyıq, bala! Təki bizi doğma torpağa çatdır.
Axşam düşürdü. Qabaqda Alyoşa, arxada xocalılar yol gedirdilər. Alyoşa onları özü bildiyi gizli yollarla ermənilərin yerləşdikləri ərazidən sağ-salamat çıxarıb Ağdama gətirdi. Orada küçələrdə qalan bir neçə qaçqını da götürüb düz Qovlara-öz kəndlərinə apardı...
(ardı var)