“AMEA-da maaşlar çox aşağıdır” - Ramiz Mehdiyev

amea-da-maaslar-cox-asagidir
Oxunma sayı: 5871

“AMEA-da maaşlar çox aşağıdır və bu da işçilərimizin həyat səviyyəsinə təsir edir”.

"Qafqazinfo" AzEdu.az-a istinadən xəbər verir ki, bu sözləri AMEA-nın prezidenti,akademik Ramiz Mehdiyev AMEA-nın Reyasət Heyətinin yanvarın 15-də keçirilən ümumi yığıncağında deyib.

Akademik ürəkaçan olmayan vəziyyətlə bağlı tədbirlər keçirildiyini deyib:

“İnnovasiya Fondunu yaratmışıq və buradan akademiyaya əlavə gəlirlər gələcəyinə ümid edirik. Xoş olmayan hallar AMEA-da yaşanıb və bundan sonra bu istiqamətdə müsbət tədbirlər görüləcək”.

Qeyd edək ki, AMEA-nın Reyasət Heyətinin yanvarın 15-də keçirilən ümumi yığıncağında akademiyanın bölmə rəhbərləri və institut direktorları hesabah məruzələri ilə çıxış ediblər.