Amerikalı aktyor vəfat etdi

amerikali-aktyor-vefat-etdi
Oxunma sayı: 2428

Amerikalı aktyor Uilford Brimli 85 yaşında vəfat edib. “Qafqazinfo” bildirir ki, bu barədə “TMZ” xəbər verib.

Dializ prosedurları keçən artist son günlər səhhətindən şikayətlənirmiş. O, Yuta ştatındakı evində vəfat edib.

Qeyd edək ki, Brimli 1934-cü il sentyabrın 27-də anadan olub. Aktyorluq karyerasına 1970-ci illərdə başlayıb və o vaxtdan onlarla ekran işində çəkilib. Ona daha çox populyarlıq gətirən isə “Çin sindromu”, “Yanlış qərar”, “Nyu-Hempşir hoteli” filmlərində oynadığı rollar olub.

1979-cu ildə artistə şəkərli diabet diqnozu qoyulub. Müalicə olunduğu müddətdə o, Amerika Diabet Assosiasiyasının fəalına çevrilib, xəstəxanalara gedib və pasiyentlərlə konsultasiyalar aparıb. O, 2008-ci ildə təşkilatın fəxri üzvü adına layiq görülüb.