Amerikalı heyət İstanbuldakı təyyarə qəzasının səbəblərini araşdırır - Fotolar

amerikali-heyet-istanbuldaki-teyyare-qezasinin-sebeblerini-arasdirir
Oxunma sayı: 1451

ABŞ mülki aviasiya idarəsi və “Boeing” şirkətinin əməkdaşlarından ibarət olan heyət İstanbulun Sabiha Gökçen Hava limanında baş vermiş qəzanı araşdırmaq üçün Türkiyəyə gedib.

“Qafqazinfo” “Hürriyət”ə istinadən xəbər verir ki, “Pegasus” Hava Yollarının İzmir- İstanbul reysini həyata keçirən “Boeing 373”  tipli sərnişin təyyarəsinin qəzaya düşdüyü ərazidə araşdırmalara başlayan heyət təyyarə haqqında qeydlər aparıb, fotoşəkillər çəkib.

Qəza nəticəsində 3 hissəyə bölünən təyyarədə istehsal səhvinin olub- olmadığı araşdırılır.

ABŞ nümayəndə heyəti araşdırmalarını başa çatdırdıqdan sonra təyyarə söküləcək və kranın köməyi ilə qəza yerindən çıxarılacaq.

Hadisə yerində yanğın riski olduğundan FHN-ə məxsus maşın da hazır vəziyyətdə saxlanılır.

Nəqliyyat Təhlükəsizliyi Təftiş Mərkəzi mütəxəssislərinin və ABŞ nümayəndə heyətinin qəza ilə bağlı ilkin hesabatı təxminən 1 ay ərzində verməsi gözlənilir.