Anar bu dəfə Mustafanın stilisti oldu

anar-bu-defe-mustafanin-stilisti-oldu
Oxunma sayı: 1820

Azərbaycanın tanınmış stilisti Anar Ağakişiyevə bu dəfə Türkiyənin məşhur müğənnisi Mustafa Ceceli müraciət edib. 

“Qafqazinfo” xəbər verir ki, o, yeni klip çəkilişində azərbaycanlı stilistlə əməkdaşlıq etmək istədiyini qeyd edib. 

Bu barədə Mustafa instaqram səhifəsində məlumat verib.  Ceceli şəkil paylaşaraq yeni klipindəki obrazını Anarın hazırladığını yazıb.

Qeyd edək ki, Anar Ağakişiyev Cecelidən əvvəl müğənnilər Demet Akalın və İrem Derici ilə bir araya gələrək onları səhnəyə hazırlamışdı.