Anar Məmmədov Ağdərədə vətəndaşları qəbul etdi - Fotolar

anar-memmedov-agderede-vetendaslari-qebul-etdi
Oxunma sayı: 290

Milli Məclisin deputatı Anar Məmmədov seçicilərlə yerində tanışlıq və mövcud məsələlərin operativ həlli məqsədilə Ağdərə rayonunun Talış kəndində növbəti vətəndaş qəbulu keçirib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə millət vəkili ilə yanaşı, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Mənzil fondunun idarə edilməsi və Məskunlaşma departamentinin Ağdərə şöbəsinin müdiri Emin Pənahov da iştirak edib.

Görüş zamanı işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramı çərçivəsində doğma yurduna köçmüş sakinlərin müraciətləri dinlənilib. Qəbulda əsasən məşğulluq, məskunlaşma və torpaqların suvarılması ilə bağlı məsələlər səsləndirilib. Millət vəkili Anar Məmmədov sakinlərin hər bir müraciətini fərdi qaydada dinləyərək, qaldırılan məsələlərin qanunvericilik çərçivəsində həlli üçün müvafiq qeydlər götürüb. Bəzi müraciətlər yerindəcə həllini tapıb, araşdırma tələb edən digər məsələlərlə bağlı isə aidiyyatı qurumlara sorğuların göndəriləcəyi bildirilib. 

Kənd sakinləri göstərilən diqqət və qayğıya, həmçinin mütəmadi keçirilən görüşlərə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.