Ançelottinin həbsi tələb olunur

ancelottinin-hebsi-teleb-olunur
Oxunma sayı: 3083

“Real”ın baş məşqçisi Karlo Ançelotti həbs oluna bilər.

“Qafqazinfo” xəbər verir ki, italiyalı mütəxəssis vergidən yayınmaqda ittiham olunur. Bu barədə “Relevo” nəşri məlumat yayıb.

Ançelottinin “Real”da işlədiyi ilk dönəmdə 1 milyon avrodan çox vergidən yayındığı iddia olunur. Madrid prokurorluğu 64 yaşlı məşqçinin 4 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edir.