“Ankara Ukraynadakı “referendum”ları tanımır”

ankara-ukraynadaki-referendumlari-tanimir
Oxunma sayı: 1240

“Ankara qondarma “Donetsk və Luqansk Xalq Respublikaları”nda, həmçinin Xerson və Zaporojye vilayətlərində keçirilmiş “referendum”un nəticələrini tanımır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Tokioda keçirdiyi mətbuat konfransında deyib.

“Biz Rusiyaya bəyan etmişik və bəyan edirik ki, Krımın ilhaqını tanımırıq. Ukrayna ərazisində keçirilən “referendum”un nəticələrini də tanımırıq. Biz artıq bu barədə öz narahatlığımızı və mövqeyimizi bildirmişik”, - o qeyd edib.