ANS-in əməkdaşının üstünə qaynar su töküldü - AZAL-ın təyyarəsində

ans-in-emekdasinin-ustune-qaynar-su-tokuldu
Oxunma sayı: 8916

“O boyda təyyarədə yanıq üçün bir maz tapılmadı”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri fəaliyyəti dayandırılmış ANS-in əməkdaşı Tünzalə Rafiqqızı sosial şəbəkədə yazıb.

Jurnalist bildirib ki, AZAL-ın təyyarəsi ilə İstanbula gedən zaman başına iş gəlib. Belə ki, stüardessanın əlindəki qaynar çaydan üstünə dağılıb:

“Qaynar su üstümə dağıldı. O boyda təyyarədə yarama vurmağa bir dərman tapılmadı. Axırda bir sərnişin oteldən götürdüyü balaca diş pastasını verdi, onu çəkdik. Bu da milyonluq təyyarəmizdə lüks xidmət”.