Aprel döyüşlərinin şəhidləri Yasamalda yad edildi - Fotolar

aprel-doyuslerinin-sehidleri-yasamalda-yad-edildi
Oxunma sayı: 1216

Bu gün Yasamal rayon ictimaiyyəti Aprel döyüşlərinin şəhidlərini yad edib.

“Qafqazinfo” xəbər verir ki, bununla əlaqədar Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, rayon bələdiyəsinini sədri Tahir Məmmədov, Müdafiə Nazirliyinin təmsilçiləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri II Fəxri Xiyabanı ziyarət ediblər.

Tədbirdə çıxış edənlər aprel döyüşlərindəki qələbənin Azərbaycan xalqının mübarizliyinin, Milli Ordumuzun gücünün təntənəsi olduğunu qeyd etdilər.

Bildirilib ki, şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış, Azərbaycan xalqının həmrəyliyini bir daha nümayiş etdirən Aprel döyüşləri Vətən müharibəsinə gedən zəfər yolunda bir sınaq idi və Azərbaycan ordusu bu sınaqdan alnıaçıq çıxıb.

Azərbaycanın Milli Qəhrəmanı, Silahlı Qüvvələrinin şəhid polkovnik-leytenantı Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyeva şəhidlərin xatirəsi əziz tutulduğuna görə hər kəsə minnətdarlığını ifa edib.