Aqil Məmmədov “Qəbələ”yə dönür

aqil-memmedov-qebeleye-donur
Oxunma sayı: 1601

“Neftçi” qısa müddət əvvəl heyətinə qatdığı Aqil Məmmədovla yolları ayırıb.

“Qafqazinfo” futbolpress.az-a istinadən xəbər verir ki, qarşılıqlı razılıq əsasında tərəflər arasında müqaviləyə xitam verilib.

Məmmədov karyerasını yenidən keçmiş klubu "Qəbələ"də davam etdirəcək. O, yaxın zamanda "qırmızı-qaralar"ın düşərgəsinə qoşulacaq.

Aqil təxminən bir ay əvvəl məhz "Qəbələ"dən "Neftçi"yə keçmişdi.