Araz Ağalarov 1 milyardlıq körpü tikdirir

araz-agalarov-1-milyardliq-korpu-tikdirir
Oxunma sayı: 664

“Krokus Qrup” şirkətinin sahibi Araz Ağalarov Rusiyanın Krasnoqorsk şəhərində körpü inşa etdiriləcək. “Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, Ağalarov bildirib ki, Moskva çayı üzərindən avtomobil körpüsü tikməyə hazırdır. Rusiya hökuməti isə paralel olaraq bu avtomobil körpüsünün yaxınlığında piyada körpüsü tikməyi qərar alıb. Hər iki körpünün 30 min sakinin yol problemini həll edəcəyi deyilir.
Qeyd edilir ki, artıq uzun müddətdir ki, Krasnoqor sakinləri hökumətdən belə bir xahişlə çıxış ediblər.

İş adamı Ağalarovun nümayəndələri isə körpünün bir ilə inşa ediləcəyini bildiriblər. Tikinti işlərinə Moskvaətrafı əraziyə baxan hakimiyyət orqanlarının təsdiqindən sonra başlanacaq. Bunun üçün biznesmenin bu günlərdə layihə göndərdiyi bildirilir. Lakin Ağalarov onun dəyəri ilə bağlı hələ ki, açıqlama vermək istəmədiyini bildirib.

“İzvestiya” qəzeti araşdırma apararaq firmalardan biri ilə əlaqə saxlayıb və belə bir tikintinin neçəyə başa gələ biləcəyini öyrənməyə çalışıb. Firma nümayəndələrinin sözlərinə görə, Ağalarovun bu planı sakinlər üçün deyil, “Krokus Siti” avtodayanacaqlarından çıxışı təmin etmək məqsədilə tikilir.

Firma Ağalarova bir neçə eskiz təqdim etdiyini, biznesmenin 1 milyard rubl dəyərində olan eskizə baxmaq üçün onu götürdüyünü, lakin indiyə qədər də ondan heç bir xəbər ala bilmədiklərini deyiblər.