“Araz-Naxçıvan” futbolçusunu icarəyə verdi

araz-naxcivan-futbolcusunu-icareye-verdi
Oxunma sayı: 1028

“Araz-Naxçıvan” müdafiəçisi Nihat Qurbanlını icarəyə göndərib.

“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, o, 1-ci liqa təmsilçisi MOİK-də çıxış edəcək.

Anlaşmaya əsasən, futbolçu mövsümün sonuna qədər ordu klubunda oynayacaq.

Qeyd edək ki, “Araz-Naxçıvan” bir neçə gün əvvəl yarımmüdafiəçi Bayraməli Qurbanovu 1-ci liqa klubu “Difai”yə icarəyə verib.